Xəzərdəki qəzada ölən neftçilərdən sonuncusunun meyiti tapıldı22-08-2017, 14:20
Çap et Operator işləyən, Qaradağ rayonu, Ələt qəsəbəsi sakini Əsədov Samir Atabala oğlunun meyiti avqustun 18 – i saat 18:10 – da Daş Zirə (köhnə Vulf adası) adasında aşkar edilib. «Azneft» İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 1saylı neft qaz çıxarma sahəsində “əmtəə operatoru” vəzifəsində çalışmış 4 yanvar 1979 – cu il təvəllüdlü Samir Əsədovun meyiti ailəsinə təhvil verilib. O, bu gün Ələtdə dəfn ediləcək. Dövlət Dəniz Administrasiyasından xəbəri təsdiqləyiblər. Qeyd edək ki, S.Əsədov 3 uşaq atasıdır. Bir övladı 6-cı, biri isə 4-cü sinifdə oxuyur. Digəri məktəbə getmir. Dövlət Dəniz Administrasiyasından verilən məlumata görə, meyiti aşkar edilən Əsədov Samir Atabala oğlu itkin düşən neftçilərin sonuncusu idi. Bununla da, itkin düşən neftçilərin hamısı Qərargahın həyata keçirdiyi Axtarış – Xilasetmə əməliyyatları nəticəsində tapılaraq ailəsinə təhvil verilib və axtarış – xilasetmə əməliyyatlarına yekun vurulub. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
22:21
27 Sentyabr millətimizin əzmini, qəhrəmanlığını və müzəffərliyini bütün dünyaya göstərdiyimiz gündür20:48
Milli Məclisin sədri: Uşaq hüquqları təhsildə süni intellektdən istifadənin əsas prinsipi olmalıdırHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
