Demo Sayt » hadise » Lənkəran və Astarada evləri su basıb - 367 nəfər təxliyə edilib


Lənkəran və Astarada evləri su basıb - 367 nəfər təxliyə edilib

5-10-2017, 10:13
Çap et
Lənkəran və Astarada evləri su basıb - 367 nəfər təxliyə edilib Son günlər yağan intensiv yağışlar nəticəsində Lənkəran və Astara rayonlarının bəzi ərazilərində fərdi yaşayış evləri və həyətyanı sahələr yağış suları ilə dolub. Eyni zamanda, Lənkəran və Astara çaylarında suyun səviyyəsi artıb.
FHN xəbər verir ki, yağıntıların törətdiyi fəsadların aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki müdafiə qoşunlarının, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Cənub Regional Mərkəzinin canlı qüvvə və texnikası yağıntı suları ilə dolmuş ərazilərə xilasetmə işlərini davam etdirir.
Oktyabrın 4 və 5-də gecə saatlarından Fövqəladə Hallar Nazirliyinin xilasediciləri hadisə rayonlarında müxtəlif ünvanlarda köməksiz vəziyyətdə qalmış 367 nəfəri təhlükəsiz yerlərə təxliyə ediblər.
Reytinq: