Bakını su basdı, 8 nəfər köməksiz qaldı4-12-2015, 09:21
Çap et Vətəndaşlar avtomobillərin içərisində köməksiz vəziyyətdə qalıblar.
Ötən gecə paytaxt Bakıda müşahidə olunan yağıntılı hava bəzi fəsadlara səbəb oldu və sel nəticəsində 8 nəfər avtomobillərdə köməksiz qaldı. Bu barədə Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub. Məlumata əsasən, yağan intensiv yağılar nəticəsində, Bakı şəhəri, Nərimanov və Nəsimi rayonlarında yollarda suyun səviyyəsi qalxıb, nəticədə hərəkət məhdudlaşaraq vətəndaşlar avtomobillərin içərisində köməksiz vəziyyətdə qalıblar. Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub və avtomobillərdən 8 vətəndaşı xilas edərək aidiyyəti üzrə təhvil veriblər. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Ötən gecə paytaxt Bakıda müşahidə olunan yağıntılı hava bəzi fəsadlara səbəb oldu və sel nəticəsində 8 nəfər avtomobillərdə köməksiz qaldı. Bu barədə Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub.