Demo Sayt » hadise » Ağdaşda ağır yol qəzası baş verib - ölən və yaralananlar var


Ağdaşda ağır yol qəzası baş verib - ölən və yaralananlar var

30-11-2015, 10:03
Çap et
Ağdaşda ağır yol qəzası baş verib - ölən və yaralananlar var Ağdaş rayonunda ağır yol qəzası baş verib - ölən və yaralananlar var.
Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Ağdaş rayonu, Türyançay kəndində “MERCEDES” markalı minik avtomobili idarəetməni itirərək daş hasara çırpılıb.
Nəticədə bir nəfər vəfat edib və deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb. FHN-nin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunaraq 1944-cü il təvəllüdlü Quliyeva Südabə Qabil qızının meyitini avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
Reytinq: