Demo Sayt » hadise » Bakıda dostlar arasında qanlı dava: biri öldü, digəri xəstəxanadadır


Bakıda dostlar arasında qanlı dava: biri öldü, digəri xəstəxanadadır

16-10-2017, 15:13
Çap et
Bakıda dostlar arasında qanlı dava: biri öldü, digəri xəstəxanadadır Ötən gecə Bakının Xətai rayonunda törədilmiş qətl hadisəsinin təfərrüatı məlum olub. Lent.az xəbər verir ki, bir-birini bıçaqlayan Vüqar Həsənovla Elşən Məmmədov eyni məhəllədə yaşayıblar və dost olublar. Onların hər ikisi Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə əvvəllər məhkum ediliblər.
Dünənki davanın səbəbinə gəlincə, tanışlar arasında binanın qarşısında başlayan mübahisə daha sonra onların bıçaq götürərək bir-birinə hücum etməsi ilə nəticələnib. Bu zaman həm Vüqar Həsənov, həm də Elşən Məmmədov kəsilmiş deşilmiş xəsarətlər alıb. Lakin E.Məmmədovun qara ciyəri zədələndiyindən onun həyatını xilas etmək mümkün olmayıb.

10:10
Ötən gecə Bakı şəhər Xətai rayonunda bıçaqlanaraq öldürülən şəxsin kimliyi müəyyənləşib. Lent.az xəbər verir ki, General Mehmandarov küçəsi, 20 ünvanında 31 yaşlı Həsənov Vüqar Əbdülhəmid oğlunun bıçaqlayaraq öldürdüyü şəxsin Məmmədov Elşən Zülfüqar oğlu olduğu müəyyən edilib.
Qanlı dava zamanı xəsarət alan V.Həsənovun müalicəsi 3 saylı Şəhər Klinik Xəstəxanasında davam etdirilir.

6:07
Paytaxtda qətl törədilib. APA TV-nın xəbərinə görə, qanlı insident Bakının Xətai rayonu ərazisində baş verib.
Paytaxt sakini, 31 yaşlı Həsənov Vüqar Əbdülhəmid oğlu Günəşli qəsəbəsi, General Mehmandarov küçəsi 20 ünvanında adı hələlik istintaqla dəqiqləşdirilən bir nəfərlə mübahisə edib. Mübahisənin tərəflər arasında yol verilmiş nalayiq ifadələrdən qaynaqlandığı deyilir. Hər iki şəxs "söhbətin aydınlaşdırılması"na bıçaqla gəlib və sonradan əlbəyaxa davaya çevrilən mübahisə zamanı qarşılıqlı şəkildə bir-birilərinə bıçaqla xəsarətlər yetirib.
Nəticədə ağır xəsarət alan V.Həsənov 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Onun bıçaqladığı şəxs isə hadisə yerində dünyasını dəyişib. Əraziyə Xətai RPİ-nin əməkdaşları cəlb olunub, müayinələr aparılıb. Cinayətin istintaqını rayon prokurorluğu araşdırır.

Reytinq: