12 milyon dollarlıq dələduzluq işində xidmətçi ifadə verib19-10-2017, 12:01
Çap et Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə şahid qismində C.Canıyevin sürücüsü və xidmətçisi ifadə verib. Prosesdə ifadə verən təqsirləndirilən şəxsin sürücüsü bildirib ki, o, C.Canıyevin kimdənsə pul almasını və ya kiməsə pul verməsini görməyib: "Mən sadəcə, onun sürücüsü olmuşam, işə aparıb evinə gətirmişəm, hansısa görüşlərə gedəndə yanında olmamışam və kimdənsə pul aldığını görməmişəm". Prosesdə ifadə verən C.Canıyevin ailə xidmətçisi isə bildirib ki, evində qulluqçu işlədiyi dövrdə onun evinə ailə üzvləri, valideynləri və yaxın qohumlarından başqa heç kim gəlməyib. İttihama görə, iş adamı C.Canıyev Bakıda bir neçə sahibkarı aldatmaqla, onlardan külli miqdarda pul alıb. C.Canıyev ümumilikdə, 12 milyon dollar mənimsəməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
22:21
27 Sentyabr millətimizin əzmini, qəhrəmanlığını və müzəffərliyini bütün dünyaya göstərdiyimiz gündür20:48
Milli Məclisin sədri: Uşaq hüquqları təhsildə süni intellektdən istifadənin əsas prinsipi olmalıdırHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
