Hakimin oğlunu avtomobillə vurub öldürən şəxsin məhkəməsində şahid ifadə verib10-01-2017, 12:08
Çap et Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib. Polis əməkdaşı Gülhüseyn Ağayev ifadə verərək bildirib ki, hadisə baş verən vaxt əraziyə gəlib və ölüm hadisəsi qeydə alındığını deyib: "Bununla əlaqədar bölməyə məlumat verdik. Təcili tibbi yardım çağırdıq". Proses yanvarın 17-də davam etdiriləcək. Qeyd edək ki, bu ilin mayında Bakıda R. Kərimov idarə etdiyi "Mercedes" markalı avtomobillə piyada Rüfət Allahverdiyevi vuraraq qaçıb. Xəsarət alan piyada xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb. R. Allahverdiyev orada ölüb. Tərtər Hərbi Məhkəməsinin hakiminin Elbəy Allahverdiyevin oğlu olan 19 yaşlı R. Allahverdiyev ADA Universitetinin 3-cü kurs tələbəsi olub. Hadisəni törədən şəxs Mərkəzi Klinik Xəstəxananın sabiq baş həkimi Yüzasif Kərimovun oğludur. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
