Avtomobillərdən güzgü oğurlayıb satan şəxs tutulub29-11-2017, 14:22
Çap et Avtomobillərdən güzgüləri oğurlayıb satan şəxs tutulub.Daxili İşlər Nazirliyindən verilən məlumata görə, noyabrın 4-də Nərimanov rayonu ərazisində avtomobildən oğurluq edilməsi barədə DİN-in “102” Zəng Mərkəzinə məlumat daxil olub. Nərimanov RPİ 18-ci Polis Bölməsi əməkdaşları tərəfindən aparılan araşdırmalarla noyabrın 4-nə keçən gecə Ə.Dəmirçizadə küçəsində Bakı şəhər sakini Zaur Kazımzadəyə məxsus “Audi“ markalı avtomobilin yan güzgülərinin oğurlandığı müəyyən edilib. Kriminalistik Tədqiqatlar İdarəsinin əməkdaşları ilə birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilib və görülmüş tədbirlərlə o, saxlanılıb. Əvvəllər məhkum olunmuş Bakı şəhər sakini Eldar İsmayılovla bağlı aparılan tədbirlərlə onun noyabrın 10-dan 20-dək olan müddətdə rayon ərazisində daha 2 “Audi” və 1 “Volkswagen” markalı avtomobillərin yan güzgülərini sökərək oğurlaması da müəyyən edilib. Saxlanılan şəxs oğurladığı həmin güzgüləri dəyərindən dəfələrlə ucuz qiymətə işlənmiş avtomobil ehtiyyat hissələrinin alqı-satqısı ilə məşğul olan emalatxanalara satdığını bildirib. Faktla əlaqədar cinayət işi başlanılıb. E.İsmayılovun digər cinayətlərdə iştirakının olub-olmaması araşdırılır. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Avtomobillərdən güzgüləri oğurlayıb satan şəxs tutulub.