Demo Sayt » hadise » Əfqanıstan Veteranları İctimai Birliyinin sədr və müavininə HÖKM OXUNDU


Əfqanıstan Veteranları İctimai Birliyinin sədr və müavininə HÖKM OXUNDU

6-06-2018, 10:47
Çap et
Əfqanıstan Veteranları İctimai Birliyinin sədr və müavininə HÖKM OXUNDU Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev və sədr müavini Cavan Əhmədovun barələrindəki məhkəmə prosesi davam edib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hakimlər kollegiyasının hökmün əsasən, Məhəmməd Vəliyev və Cavan Əhmədova Cinayət Məcəlləsinin 70-ci ( şərti məhlum etmə) cəzası verilib.
Qeyd edək ki, hər iki təqsirləndirilən şəxs dələduzluq, rüşvət alma və sənədlərin saxtalaşdırılmasında ittiham edilirlər.
Təşkilatın sədr və sədr müavinindən şikayətçi olanlar veteranlardır. Şikayətçilər bildirib ki, 8 mindən çox üzvü olan İctimai Birlikdə korrupsiyaya yol verilib, veteranlara ayrılmış torpaq sahəsi üçün külli miqdarda pul tələb olunub.
Veteranlara ayrılan torpaq sahəsi onlara satılıb. Birlik üçün nəzərdə tutulmuş torpaq sahəsini sadəcə veteranlara yox, digər şəxslərə də 3500-8000 manat arasındakı qiymətlərə satılıb.
Zərərçəkmişlərdən 30 nəfərin imzası ilə Prezident Administrasiyasına məktub göndəriblər.
Reytinq: