Demo Sayt » hadise » Sumqayıtda qətl törədilib


Sumqayıtda qətl törədilib

13-06-2018, 13:37
Çap et
Sumqayıtda qətl törədilib Sumqayıt şəhərində qətl törədilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iyunun 8-də saat 8 radələrində Sumqayıt şəhəri 41-ci məhəllənin ərazisindəki parkda Neftçala rayon sakini Emil Nuriyevin üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb.
Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Xəyal Abbasov saxlanılıb.
Reytinq: