Buzovnada evə basqın edən 2 nəfər saxlanılıb17-10-2018, 12:47
Çap et Oktyabrın 16-da Buzovna qəsəbəsində baş vermiş quldurluq hadisəsinin üstü polis əməkdaşları tərəfindən “isti izlər”lə açılıb.Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini olan 82 yaşlı qadın həmin gün saat 18 radələrində Buzovna qəsəbəsindəki evinə girmiş 2 maskalı şəxsin onu döyərək evdən 1000 manatını və mobil telefonunu apardıqlarını bildirib. Görülmüş təxirəsalınmaz tədbirlərlə quldurluğu törətməkdə şübhəli bilinən 2 nəfər qısa zamanda müəyyən edilib. Polis əməkdaşlarının “isti izlər”lə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri Hüseyn Əliyev və Nağdəli Dadaşov saxlanılıblar. Araşdırma aparılır. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Oktyabrın 16-da Buzovna qəsəbəsində baş vermiş quldurluq hadisəsinin üstü polis əməkdaşları tərəfindən “isti izlər”lə açılıb.