Demo Sayt » hadise » Cavid Hüseynovun həbsindən apellyasiya şikayəti verilib


Cavid Hüseynovun həbsindən apellyasiya şikayəti verilib

12-08-2015, 13:59
Çap et
Cavid Hüseynovun həbsindən apellyasiya şikayəti verilib Futbolçu Cavid Hüseynov barəsində seçilmiş həbs qərarından apellyasiya şikayəti verilib.
"Qafqazinfo" xəbər verir ki, bu barədə APA-ya təqsirləndirilən şəxsin vəkili Adəm Məmmədov məlumat verib. Onun sözlərinə görə, Səbail rayon Məhkəməsinin C. Hüseynov barəsində ötən gün çıxardığı qərardan bu gün apellyasiya şikayəti verilib. Onlar birinci instansiya məhkəməsinin çıxarmış olduğu qərarın ləğv olunmasını və təqsirləndirilən şəxs barəsində seçilmiş tədbirin dəyişdirilməsini istəyir.
Qeyd edək ki, avqustun 8-də journalist Rasim Əliyev paytaxtın Bayıl qəsəbəsi ərazisində bir qrup naməlum şəxs tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və avqustun 9-da orada vəfat edib.
Fakt üzrə Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.
Reytinq: