Demo Sayt » hadise » Bakı sakini kafedə xüsusi amansızlıqla döyülərək öldürüldü


Bakı sakini kafedə xüsusi amansızlıqla döyülərək öldürüldü

26-10-2018, 17:29
Çap et
Bakı sakini kafedə xüsusi amansızlıqla döyülərək öldürüldü Bakıda kafedə kişi döyülərək öldürülüb.
Hadisə paytaxtın Xətai rayonu, M.Hadi küçəsindəki "Ordubad" kafesində baş verib. Bakı sakini Məmmədzadə Nizam Ceyhun oğlu həmin kafedə Ələkbərov Elçin Vahid oğlunu xüsusi amansızlıqla döyüb.
E.Ələkbərov qapalı kəllə-beyin travması və bədənin müxtəlif dərəcəli ağır xəsarətləri ilə Respublika Neyrocərrahiyyə xəstəxanasına yerləşdirilsə də, orada ölüb.
Faktla bağlı Xətai Rayon Prokurorluğöunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.
Reytinq: