Demo Sayt » hadise » Müştəri kafedə işləyən qadını döydü


Müştəri kafedə işləyən qadını döydü

11-02-2016, 10:15
Çap et
Müştəri kafedə işləyən qadını döydü Tovuzda kafedə işləyən qadın döyülüb sonra isə bıçaqlanıb.
Rayonun Bozalqanlı kənd sakini, 1963- cü il təvəllüdlü Sevda Həsənova üz nahiyəsinin əzilməsi və sol qabırğaaltı nahiyənin kəsilmiş deşilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Dərhal əməliyyat edilən qadının vəziyyəti orta ağır qiymətləndirilir. Məlumata görə, rayonun Aşağı Əyyublu kəndində kafedə işləyən S. Həsənova orada olan müştərilərdən biri tərəfindən döyülərək bıçaqlanıb.
Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.
Reytinq: