Gömrükçülər külli miqdarda brilyant qaşlar aşkar edib6-11-2018, 13:05
Çap et Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı İsmayılov Aqil Əsfəndiyar oğluna məxsus əl yükü Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci terminalının gəliş zalındakı rentgen cihazından keçirilən zaman, monitorda şübhəli əşyaların təsvirlərinin əks olunması gömrükçülərin diqqətindən yayınmayıb. Buna görə də sərnişin saxlanılaraq onun əl yükündə təkrar yoxlama aparılıb. Yoxlama zamanı əl çantasının alt hissəsinin plastik örtüyü sökülüb və oradakı boşluqda yapışqan lentlə üzlənmiş 3 ədəd şəffaf polietilen bükümlərin yerləşdirildiyi müəyyən edilib. Həmin bükümlərdəki 12 ədəd polietilen paketlərdən əvvəlcədən gömrük orqanına təqdim edilməyən, elektron və ya yazılı formada bəyan olunmayan, ümumi çəkisi 105,0 qram təşkil edən brilyant qaşlar aşkar olunub. Faktla bağlı araşdırma aparılır. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
22:21
27 Sentyabr millətimizin əzmini, qəhrəmanlığını və müzəffərliyini bütün dünyaya göstərdiyimiz gündür20:48
Milli Məclisin sədri: Uşaq hüquqları təhsildə süni intellektdən istifadənin əsas prinsipi olmalıdırHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
