Demo Sayt » iqtisadiyyat » Ölkəyə külli miqdarda pirotexniki vasitənin gətirilməsinin qarşısı alınıb


Ölkəyə külli miqdarda pirotexniki vasitənin gətirilməsinin qarşısı alınıb

7-12-2017, 10:50
Çap et
Ölkəyə külli miqdarda pirotexniki vasitənin gətirilməsinin qarşısı alınıb Tovuz Gömrük İdarəsinin "Sadıxlı" gömrük postunda Gürcüstandan Azərbaycana "Mersedes-Benz 300 D" markalı avtomobillə gələn Gürcüstan vətəndaşı ilə idarə etdiyi avtomobildə və ya üzərində gömrük nəzarətindən gizlədilən və gömrük orqanına mütləq bəyan edilməli olan hər hansı predmetin olmasına dair şifahi sorğu-sual aparılıb.
Dövlət Gömrük Komitəsi məlumat verir ki, həmin şəxs idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən hər hansı predmetin olmadığını bildirsə də, keçirilən gömrük baxışı zamanı avtomobilin arxa oturacağının içərisindən və alt hissəsində xüsusi düzəldilən gizli saxlanc yerindən gömrük nəzarətindən gizlədilən üzərində gürcü əlifbası ilə yazılar olan 576 ədəd fişəng və 160 qutu pirotexniki vasitə aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Reytinq: