Azərbaycanda futbol məşqçisi qəzada öldü, sürücünün vəziyyəti ağırdır15-11-2018, 10:39
Çap et "Qəbələ" futbol klubundan verilən məlumata görə, Qəbələdə yol qəzasında ölən Teymur Musayev “Qəbələ” futbol akademiyasının məşqçisi olub. Bildirilib ki, hadisə gecə saat 02:30 radələrində baş verib. T.Musayev evə qayıdarkən dostu 1952-ci il təvəllüdlü Rafiq Qurban oğlu Məmmədovun idarə etdiyi avtomobil yol kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində məşqçi dünyasını dəyişib. T.Musayev ailəli idi, iki oğlu və bir qızı var. Sürücü R.Məmmədov isə Qəbələ Rayon Müalicə Diaqnostika Mərkəzinə gətirilib. Mərkəzdən verilən məlumata görə, onun vəziyyəti ağırdır, hər iki bud nahiyəsində sınıqlar var, döş qəfəsi ciddi zədələnib. Hazırda reanimasiyaya yerləşdirilib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
22:21
27 Sentyabr millətimizin əzmini, qəhrəmanlığını və müzəffərliyini bütün dünyaya göstərdiyimiz gündür20:48
Milli Məclisin sədri: Uşaq hüquqları təhsildə süni intellektdən istifadənin əsas prinsipi olmalıdırHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
