Demo Sayt » hadise » Qusarda minik avtomobili ilə traktor toqquşdu: traktorun sürücüsü ölüb


Qusarda minik avtomobili ilə traktor toqquşdu: traktorun sürücüsü ölüb

17-08-2015, 14:09
Çap et
Qusarda minik avtomobili ilə traktor toqquşdu: traktorun sürücüsü ölüb Qusar rayonunda minik avtomobili ilə traktorun toqquşması nəticəsində bir nəfər ölüb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, avqustun 16-da Qusar rayonu Samur qəsəbəsində Rusiya Federasiyası vətəndaşı Xadik Osmanovun idarə etdiyi “Toyota” markalı avtomobillə rayon sakini Əzim Əzimovun idarə etdiyi “T-25” markalı traktor toqquşub.
Baş vermiş yanğın nəticəsində avtomobilin və traktorun yanar konstruksiyaları yanıb, Ə.Əzimov xəstəxanaya yerləşdirilib və orada ölüb.
Hadisə ilə əlaqədar BDYPİ tərəfindən araşdırma aparılır.
Reytinq: