Bu il 2 tondan artıq müxtəlif növ narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb19-11-2018, 11:39
Çap et Bunu Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri, Baş nazirin müavini Əli Həsənov bu gün Bakıda keçirilən BMT-nin Yaxın və Orta Şərqdə narkotiklərin qanunsuz dövriyyəsi və aidiyyəti məsələlər üzrə Alt Komissiyasının 53-cü sessiyası zamanı bildirib. Onun sözlərinə görə, Azərbaycan parlamenti tərəfindən 36 qanun qəbul olunub. Nazirlər Kabineti 23 qərar, beş sərəncam qəbul edib. Əli Həsənov qeyd edib ki, bu ilin 10 ayı ərzində 2 655 fakt üzrə 2 ton 86 kiloqramdan artıq müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr qanunsuz dövriyyədən çıxarılıb ki, onlardan 1 ton 177 kiloqramı heroin təşkil edib: "Narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının maarifləndirmə yolu ilə qarşısının alınması, narkomanlığa düçar olmuş şəxsləri müalicə etməklə, onların sağlam həyata qaytarılması istiqamətində sistemli fəaliyyət təmin edilib". Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
22:21
27 Sentyabr millətimizin əzmini, qəhrəmanlığını və müzəffərliyini bütün dünyaya göstərdiyimiz gündür20:48
Milli Məclisin sədri: Uşaq hüquqları təhsildə süni intellektdən istifadənin əsas prinsipi olmalıdırHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
