Bakıda yeni xəttə buraxılan avtobusda qəza19-11-2018, 11:51
Çap et Hadisə ötən gün axşam saatlarında qeydə alınıb. 160 və 139 nömrəli marşrut xətləri üzrə hərəkət edən avtobusların toqquşması nəticəsində yeni xəttə buraxılan 160 nömrəli avtobusa ziyan dəyib, avtobusun yan şüşələri sınıb. Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev Trend-ə bildirib ki, qəza "Koroğlu" Nəqliyyatı Mübadilə Mərkəzində baş verib: "Hadisə ötən gün saat 19:00 radələrində "Koroğlu" Nəqliyyatı Mübadilə Mərkəzində baş verib. 160 nömrəli avtobus dayanacaqda gözləyərkən 139 nömrəli avtobus ona yan tərəfdən dəyib. Xoşbəxtlikdən qəza zamanı xəsarət alan olmayıb". Qeyd edək ki, bir müddət əvvəl 160 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyətinin yenilənmiş avtobuslarla həyata keçirilməsinə başlanıb. Xətt üzrə xidmət göstərən "Ayşən LTD" MMC ilə bağlanan müqaviləyə xitam verilib. Bakı Nəqliyyat Agentliyinin İdarə Heyəti sədrinin müvafiq sərəncamına əsasən, xətt üzrə sərnişindaşıma xidmətinin göstərilməsi "Çinar-Trans” MMC-yə həvalə edilib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
