5 əcnəbi vətəndaşın saxta sənədlərlə Azərbaycana daxil olmasının qarşısı alınıb12-12-2018, 13:30
Çap et DSX-nin Mətbuat mərkəzindən verilən məlumata görə, dekabrın 2-də Moskva-Bakı reysi ilə uçub gələn Pakistan vətəndaşı 1989-cu il təvəllüdlü Ənvər Coninin Böyük Britaniyaya məxsus pasportun qismən saxta olması, 4 dekabr tarixində Bakı-İstanbul reysi ilə uçub gedən Pakistan vətəndaşı 1984-cü il təvəllüdlü İmran Saqibin İsveçə məxsus İD kartının tam saxta olması müəyyən olunub. Bundan başqa, 5 dekabr tarixində Moskva-Bakı reysi ilə uçub gələn Özbəkistan vətəndaşı 1993-cü il təvəllüdlü Zubaydiva Ziyodanın pasportunda tarix-ştampların saxta olması, 6 dekabrda Ərbil-Bakı reysi ilə uçub gələn Böyük Britaniya vətəndaşı 1984-cü il təvəllüdlü Suar Solav Mohammed Aminin pasportunun saxta olması müəyyən edilib, araşdırma zamanı üzərindən ona məxsus İraq vətəndaşı 1982-ci il təvəllüdlü Qahriya Sulaiman Husseinin adına olan pasport aşkar olunub. Həmçinin 7 dekabr tarixində Dubay-Bakı reysi ilə uçub gələn Hindistan vətəndaşı 1992-ci il təvəllüdlü Çaudhari Ravindrakumar Coitabhainin Azərbaycan Respublikasına elektron vizasının saxta olması aşkar olunub. Saxlanılmış şəxslər barəsində müvafiq tədbirlər görülüb. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
22:21
27 Sentyabr millətimizin əzmini, qəhrəmanlığını və müzəffərliyini bütün dünyaya göstərdiyimiz gündür20:48
Milli Məclisin sədri: Uşaq hüquqları təhsildə süni intellektdən istifadənin əsas prinsipi olmalıdırHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
