Rusiyadan gələn Azərbaycan vətəndaşı yarım kq-dan çox qızıl sikkələr keçirməyə cəhd edib3-01-2019, 11:08
Çap et Rusiya Federasiyası istiqamətindən Şimal Ərazi Baş Gömrük İdarəsinin "Xanoba" gömrük postunun idxal gömrük nəzarət xəttinə daxil "Mercedes Sprinter" markalı nəqliyyat vasitəsinin sürücüsü, Azərbaycan Respublikası vətəndaşı gömrük nəzarətindən keçərkən özünü şübhəli və narahat apardığı üçün saxlanılıb.Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, şəxsi yoxlama zamanı, onun əynindəki gödəkçənin sağ və sol ciblərindən, hər cibində 1 ədəd olmaqla, cəmi 2 ədəd bağlamada gömrük nəzarətinə bəyan edilməyən 54 ədəd, arxa tərəfində "10 rubl 1899" , 7 ədəd, arxa tərəfində "10 rubl 1900", 1 ədəd, arxa tərəfində "10 rubl 1901 " və 2 ədəd, arxa tərəfində "10 rubl 1902" yazıları həkk olunan, ümumilikdə 549 qram qızıl sikkələr aşkar edilib. Faktla bağlı araşdırma aparılır. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
22:21
27 Sentyabr millətimizin əzmini, qəhrəmanlığını və müzəffərliyini bütün dünyaya göstərdiyimiz gündür20:48
Milli Məclisin sədri: Uşaq hüquqları təhsildə süni intellektdən istifadənin əsas prinsipi olmalıdırHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Rusiya Federasiyası istiqamətindən Şimal Ərazi Baş Gömrük İdarəsinin "Xanoba" gömrük postunun idxal gömrük nəzarət xəttinə daxil "Mercedes Sprinter" markalı nəqliyyat vasitəsinin sürücüsü, Azərbaycan Respublikası vətəndaşı gömrük nəzarətindən keçərkən özünü şübhəli və narahat apardığı üçün saxlanılıb.