Qusarda evə basqın edən dəstəyə 17 il həbs cəzası verildi31-01-2019, 10:59
Çap et Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmə hökmü ilə N.Ağaxanov 9, B.Nurullayev isə 8 il azadlıqdan məhrum edilib. Qeyd edək ki, həmin şəxslər 2015-ci ildən 2018-ci ilədək Qusar rayon ərazisində bir neçə quldurluq hadisəsi törədiblər. N.Ağaxanov və tanışı, əvvəllər məhkum olunmuş B.Nurullayev 2018-ci ilin mart ayında maskalanaraq Qusar şəhər sakini Quliyev Bəhruz İskəndər oğluna məxsus evə qanunsuz daxil olub, bıçaqla ev sahibinə və ailə üzvlərinə hədə-qorxu gələrək, B.Quliyevi əlindən yaralayıblar. Həmin şəxslər evdən 500 manat pul və qızıl-zinət əşyaları aparıblar. N.Ağaxanov və B.Nurullayev digər cinayət hadisələri də törədiblər. Onlar Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
22:21
27 Sentyabr millətimizin əzmini, qəhrəmanlığını və müzəffərliyini bütün dünyaya göstərdiyimiz gündür20:48
Milli Məclisin sədri: Uşaq hüquqları təhsildə süni intellektdən istifadənin əsas prinsipi olmalıdırHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
