Demo Sayt » hadise » Qazaxda maşın ağaca çırpılıb, ölən var


Qazaxda maşın ağaca çırpılıb, ölən var

6-02-2019, 10:25
Çap et
Qazaxda maşın ağaca çırpılıb, ölən var Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Qazax rayonunda "VAZ" markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb.
FHN-in saytı xəbər verir ki, hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılmış vəziyyətdə qalmış sərnişin 1997-ci il təvəllüdlü Hüseynov Roman Kamran oğlunun meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
Reytinq: