Azərbaycanda təzə gəlinin bütün cehizləri yandı13-02-2019, 11:33
Çap et Nizami küçəsində yerləşən 5 mərtəbəli binanın 4-cü mərtəbəsində 2 otaqlı ev əşyaları ilə birlikdə yanıb. Hadisə yerinə yanğınsöndürmə birqadası cəlb olunub və yanğın söndürülüb. Ev sahibəsi 59 yaşlı Fidaət Cəfərova bildirib ki, yanğın qəfil başlayıb və qonşular evdən tüstü çıxdığını görüblər: "Evdə oturmuşduq, yanğının nədən baş verdiyini heç özümüz də bilmirik. Qonşular qapını döydü ki, sizin eyvandan tüstü çıxır. Elə eyvana çıxanda evi alov aldı. Yenicə oğluma toy etmişdim gəlinimin bütün cehizləri yandı. Özüm də xəstə qadınam.İndi bilmirəm bizim halımız necə olacaq”. Qeyd edək ki, hadisənin şokundan evin gəlini həyacan keçirib və halı pisləşib. Təcili yardım briqadası gənc qadına ilkin tibbi yardım göstərib. Faktla bağlı araşdırma aparılır. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
22:21
27 Sentyabr millətimizin əzmini, qəhrəmanlığını və müzəffərliyini bütün dünyaya göstərdiyimiz gündür20:48
Milli Məclisin sədri: Uşaq hüquqları təhsildə süni intellektdən istifadənin əsas prinsipi olmalıdırHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
