Bir gecədə 3 yol-nəqliyyat hadisəsi - Xəsarət alanlar var20-02-2019, 10:47
Çap et Bu gecə Bakının 3 rayonunda xəsarətlə nəticələnən yol qəzaları baş verib. İlk hadisə Sabunçu rayonunda qeydə alınıb. Piyada,1957-ci il təvəllüdlü Əzizə Bayramova Zabrat qəsəbəsində yolu keçmək istəyərkən avtomobil onu vurub. Xəsarət alan yaralı təcili Sabunçu rayon 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Ona çanaq sümüyünün sınığı diaqnozu qoyulub, vəziyyəti orta-ağırdır. Oxşar hadisə Bakının Qaradağ rayonu ərazisində də qeydə alınıb.1996-cı il təvəllüdlü Eyvazlı Ədalət Hikmət oğlu naməlum avtomobil tərəfindən vurulub. Yaralı təcili olaraq 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Vəziyyəti qənaətbəxşdir. Xəzər rayonu, Zirə qəsəbəsində də qəza qeydə alınıb. 1982-ci il təvəllüdlü Hacıyev Samir Vaqif oğlu içkili vəziyyətdə maşını idarə edib və qəza törədib. Nəticədə, o, Sabunçu rayon 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Vəziyyəti qənaətbəxşdir. Hər üç faktla bağlı araşdırma aparılır. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
