Ağcabədidə 4 otaqlı evin yanması nəticəsində 1 nəfər xəsarət alıb21-02-2019, 10:46
Çap et Ağcabədi rayonunun Cəfərbəyli kəndində ikimərtəbəli 4 otaqlı evin yanması nəticəsində bir nəfər xəsarət alıb.Ötən axşam baş verən hadisə nəticəsində Şənlik kənd sakini 1989-cu il təvəllüdlü Fərhadova Əsmər Qüdrət qızı müxtəlif dərəcəli xəsarətlər alıb. Hadisə yerinə gələn təcili yardım briqadası xəsarət alan qadını Mərkəzi Rayon Xəstəxanasına çatdırıb. Mərkəzi Rayon Xəstəxanasından Trend-ə verilən məlumata görə, ötən axşam saat 20:05 radələrində Əsmər Fərhadova qarın nayihəsinin termiki yanığı və hər iki budun yanması xəsarətləri ilə mərkəzə daxil olub. Hazırda onun vəziyyəti orta ağır qiymətləndirilir. FHN-dən verilən məlumata görə, ümumi sahəsi 220 m² olan ikimərtəbəli 4 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 110 m² sahədə və ikinci mərtəbəsində 2 otağın yanar konstruksiyaları 85 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
22:21
27 Sentyabr millətimizin əzmini, qəhrəmanlığını və müzəffərliyini bütün dünyaya göstərdiyimiz gündür20:48
Milli Məclisin sədri: Uşaq hüquqları təhsildə süni intellektdən istifadənin əsas prinsipi olmalıdırHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Ağcabədi rayonunun Cəfərbəyli kəndində ikimərtəbəli 4 otaqlı evin yanması nəticəsində bir nəfər xəsarət alıb.