Demo Sayt » hadise » Qadın məmura "pul atan" Türkiyə vətəndaşına AĞIR HƏBS TƏLƏBİ


Qadın məmura "pul atan" Türkiyə vətəndaşına AĞIR HƏBS TƏLƏBİ

4-03-2019, 13:41
Çap et
Qadın məmura "pul atan" Türkiyə vətəndaşına AĞIR HƏBS TƏLƏBİ I dərəcəli ədliyyə qulluqçusu olan qadına qarşı dələduzluqda təqsirləndirilən Türkiyə vətəndaşı Tahsin Çalışqan cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub.
Prokuror çıxışında onun 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Zərərçəkmiş Esmira Qənizadə çıxış edərək T.Çalışqana daha ağır cəza verilməsini tələb edib.
Proses martın 18-də davam edəcək.
Qeyd edək ki, Türkiyə vətəndaşı T.Çalışqan Esmira Qənizadəyə Türkiyədən Azərbaycana brend saat firmasının mallarını gətirəcəyini vədi verib, ondan 58 min manat pul alıb. Daha sonra T.Çalışqan verdiyi vədə əməl etməyib.
Zərərçəkmişin şikayəti əsasında saxlanılan T.Çalışqan barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. O, hazırda ev dustaqlığındadır.
Xatırladaq ki, E.Qənizadə uzun müddət Xətai rayon Qeydiyyat şöbəsinin rəisi olub. I dərəcəli ədliyyə qulluqçusudur.
Reytinq: