Özbəkistan vətəndaşı Gürcüstandan Azərbaycana keçərkən öldü27-03-2019, 11:55
Çap et Hadisə Qazax rayonunun İkinci Şıxlı kəndi ərazisində baş verib. Belə ki, "Mercedes Benz Actros" markalı, Özbəkistan qeydiyyat nişanlı yük avtomobili ilə Gürcüstandan "Sınıq Körpü" gömrük postu vasitəsi ilə Azərbaycan ərazisinə keçən Özbəkistan vətəndaşı, 1971-ci il təvəllüdlü Azimov Alijon Axmadaliyeviç idarə etdiyi avtomobili İkinci Şıxlı kəndi ərazisindəki "TIR" parkında saxlayıb və iş yoldaşına özünü narahat hiss etdiyini deyib. Bir neçə dəqiqə sonra isə o vəfat edib. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə baxış keçirib, meyit daxili və xarici müayinə edilib. Faktla bağlı Qazax Rayon Prokurorluğunda araşdırma aparılır. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
22:21
27 Sentyabr millətimizin əzmini, qəhrəmanlığını və müzəffərliyini bütün dünyaya göstərdiyimiz gündür20:48
Milli Məclisin sədri: Uşaq hüquqları təhsildə süni intellektdən istifadənin əsas prinsipi olmalıdırHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
