Demo Sayt » hadise » Bakı-Qazax yolunda yük avtomobili aşıb


Bakı-Qazax yolunda yük avtomobili aşıb

18-01-2017, 20:32
Çap et
Bakı-Qazax yolunda yük avtomobili aşıb Şəmkir rayonunda yük avtomobili aşıb.
Hadisə Bakı-Qazax magistral avtomobil yolunun 385-ci kilometrliyində, Şəmkirin Seyfəli kəndi ərazisində qeydə alınıb.
Ağcabədi rayon sakini Cabir Mövsümovun idarə etdiyi yük maşını yoldan çıxaraq aşıb.
Qəza nəticəsində xəsarət alan olmasa da, 5 tona yaxın kartof yükü yola dağılıb.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
Reytinq: