Demo Sayt » hadise » Xaçmazda yük maşını aşıb


Xaçmazda yük maşını aşıb

21-12-2016, 10:02
Çap et
Xaçmazda yük maşını aşıb Xaçmazda yük maşını aşıb. Hadisə ötən gün axşam saatlarında Gəndob-Yalama yolunun Xaçmazın Gödəkli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Hadisəyə səbəb 90-CV-266 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobil olub. Ötmə əməliyyatı zamanı Bakı istiqamətində hərəkət edən 90-FR-487 dövlət nömrə nişanlı “Qazel” markalı yük avtomobilini yoldan çıxararaq qəza törədib. Nəticədə yük avtomobili yolun kənarına aşıb.
Hadisə nəticəsində ölən və xəsarət alan olmasa da, yük avtomobilində olan 3 tona yaxın alma ətrafa dağılıb.
Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırmalar aparılır.
Reytinq: