Demo Sayt » hadise » Salyanda mikroavtobusla "Mercedes" toqquşub, xəsarət alanlar var


Salyanda mikroavtobusla "Mercedes" toqquşub, xəsarət alanlar var

26-04-2019, 10:34
Çap et
Salyanda mikroavtobusla "Mercedes" toqquşub, xəsarət alanlar var Salyanda "QAZel" markalı mikroavtobusla "Mercedes" markalı minik maşını toqquşub.
Hadisə rayonun Noxudlu kəndinin ərazisində baş verib.
Qəza nəticəsində 9 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan beşi Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Dördünə isə ilkin yardım göstərilərək ambulator müalicəyə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.
Reytinq: