Yeni doğulan körpənin ölümü ilə bağlı CİNAYƏT İŞİ30-04-2019, 11:13
Çap et ONA-nın məlumatına görə, Ağdam rayonu, Baharlı kənd sakini, 1981-ci il təvəllüdlü Günel Cəfərova bir müddət əvvəl doğuşla bağlı Bərdə rayon doğum evinə daxil olub. Qadın qeysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirib. Körpənin səhhətində problemlər olduğu üçün o dərhal Bakıda aparılıb. Müayinə zamanı körpənin ürəyinin klapanlarının üçünün işləmədiyi müəyyən edilib. Lakin həkimlər uşağı əməliyyat etməyib. Körpə bir neçə gün sonra dünyasını dəyişib. Uşağın yaxınları bununla bağlı Ağdam Rayon Prokurorluğuna şikayət ediblər. Onlar uşağı müayinə edən həkimin məsuliyyətə cəlb edilməsini istəyir. Faktla bağlı Ağdam Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
22:21
27 Sentyabr millətimizin əzmini, qəhrəmanlığını və müzəffərliyini bütün dünyaya göstərdiyimiz gündür20:48
Milli Məclisin sədri: Uşaq hüquqları təhsildə süni intellektdən istifadənin əsas prinsipi olmalıdırHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
