Göygöldə qapının açıq qalması qonşular arasında davaya səbəb oldu: Yaralılar var24-03-2020, 16:32
Çap et APA-nın məlumatına görə, hadisə rayonun Murovdağ qəsəbəsində baş verib. Qəsəbədə məskunlaşan Kəlbəcər rayon sakini, 1987-ci il təvəllüdlü Əliyev Elgün Gəncəli oğlu həmyerlisi, 1991-ci il təvəllüdlü Qasımov Alim Nadir oğlu ilə dava edib. Dava zamanı hər iki tərəf xəsarət alıb. Nəticədə, Elgün Əliyev və onun həyat yoldaşı - 1991-ci il təvəllüdlü Əliyeva Aynur Hayistan qızı və qarşı tərəfdən olan Qasımov Alim Nadir oğlu, onun qardaşı 1994-cü il təvəllüdlü Qasımov Röyal Nadir oğlu xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Xəstələrin vəziyyətinin orta-ağır olduğu bildirilir. Qeyd edək ki, hadisə iki qonşuarasında baş verib. Dava-dalaşa səbəb isə sözügedən şəxslərin birinin övladının digərin həyətinin qapısını açıq qoyması olub. Hadisə ilə bağlı polisə məlumat verilib. Faktla bağlı araşdırma aparılır. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
