Demo Sayt » hadise » Azərbaycanlı Madonna 2 kişi ilə anbarı qarət etdi


Azərbaycanlı Madonna 2 kişi ilə anbarı qarət etdi

9-02-2021, 06:47
Çap et
Azərbaycanlı Madonna 2 kişi ilə anbarı qarət etdi Qaxda naməlum şəxslər taxıl anbarından 1 tona yaxın qarğıdalı oğurlayıb.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş müraciət əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən üç nəfər- Cəbrayıl rayon sakini Zaur Heydərov, Qax rayon sakinləri Elşən Əfəndiyev və Madonna Kuloşvili saxlanılıb.
Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxslər oğurladıqları qarğıdalını Elşən Əfəndiyevin yaşadığı ünvanda həyətyanı sahədəki tikilidə gizlədiblər və bir müddət keçdikdən sonra satmaq niyyətində olublar. Polis əməkdaşlarının keçirdiyi operativ tədbirlərlə qarğıdalı kisələri də gizlətdikləri yerdən götürülərək istintaqa təqdim edilib.
Faktla bağlı Qax rayon Polis Şöbəsində cinayət işi başlanılıb, həmin şəxslərin digər cinayət əməllərində iştiraklarının olub-olmaması araşdırılır
Reytinq: