Demo Sayt » hadise » Qazax və Qaxda - qoyun oğurları saxlanıldı


Qazax və Qaxda - qoyun oğurları saxlanıldı

1-12-2016, 13:24
Çap et
Qazax və Qaxda - qoyun oğurları saxlanıldı Qazax rayon sakinləri S.Kazımovanın və İ.Qarayevin həyətyanı sahələrindən 25 baş qoyun oğurlamaqda şübhəli bilinən qrupun digər üzvləri də tutulublar.
Qazax Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 2-də rayon sakinləri Sevda Kazımovanın və İlqar Qarayevin həyətyanı sahələrindən 25 baş qoyun oğurlamaqda şübhəli bilinən qrupun digər üzvləri - Ağcabədi rayon sakini Xasay Kərimov və şəhər sakini Vüqar Məmmədov tutulublar.
Qax rayon sakininin həyətindən 2 baş qoyun oğurlamağa cəhd göstərməkdə şübhəli bilinən şəxslər də tutulub. Qax Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 30-da Qarabaldır kəndində yaşayan Telman Paşayevin həyətindən 2 baş qoyun oğurlamağa cəhd göstərməkdə şübhəli bilinən Zaqatala rayon sakinləri Cəbrayıl Mülkümov və Arzuman Məmmədov tutulublar.
Faktlarla bağlı araşdırma aparılır.
Reytinq: