Demo Sayt » hadise » Bacıoğlu xalasını qarət etdi


Bacıoğlu xalasını qarət etdi

1-10-2015, 19:31
Çap et
Bacıoğlu xalasını qarət etdi Yasamal rayon sakininin külli məbləğdə pulunu oğurlamış şəxsin digər cinayət əməli də üzə çıxıb.
Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, Yasamal rayonu ərazisində yaşayan Sərfinaz İsmayılova 28-ci PB-yə müraciət edərək sentyabrın 29-da bacısı oğlu Məhəmmədəli Zərbəliyev tərəfindən 10200 manatının oğurlandığını bildirib.
PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Məhəmmədəli Zərbəliyev saxlanılıb və o, oğurluq etdiyini etiraf edib.
Bundan başqa, M.Zərbəliyev sentyabr 29-da quldurluq etdiyinə görə, tutulmuş Fikrət İsgəndərovu bıçaqla hədələyərək ondan 7500 manat aldığını da bildirib.
Reytinq: