Azərbaycana dəyənəklərlə gəlmək cəhdi alınmadı6-11-2015, 10:53
Çap et Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, ayrı-ayrı vaxtlarda Antalya-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşları Fərid Həsənbəyov və Tural Səmədzadə gömrük nəzarətindən keçərkən onların baqajları rentgen aparatı vasitəsilə yoxlanılıb və monitorda dəyənəyə oxşar əşyaların təsvirləri görünüb. Təkrar yoxlama zamanı F.Həsənbəyova məxsus çantanın içərisindəki şəxsi əşyaların arasından 3 ədəd, T.Səmədzadənin çantasındakı şəxsi əşyaların arasından isə 1 ədəd metaldan hazırlanmış dəyənəklər aşkar edilib. Qeyd edək ki, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, ekspertizaya təqdim edilən həmin predmetlər dəyənək tipində kustar üsulla hazırlanmış, vurucu-əzici xassəyə malik soyuq silahlardır. Hər iki faktla bağlı təhqiqat aparılır. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
