Demo Sayt » hadise » Avtobusun şüşələrini sındıranlar tapıldı, dəymiş ziyan ödənildi


Avtobusun şüşələrini sındıranlar tapıldı, dəymiş ziyan ödənildi

29-01-2016, 17:05
Çap et
Avtobusun şüşələrini sındıranlar tapıldı, dəymiş ziyan ödənildi Avtobusun şüşələrini sındıran şəxslər müəyyən olunub.
Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, yanvarın 23-də saat 18.00 radələrində Nəsimi rayonu ərazisində - Azadlıq prospektində "Baku Bus" MMC-yə məxsus "İveco" markalı avtobusun şüşəsi sındırılıb. Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədənlərin paytaxtdakı 132 saylı orta məktəbinin 2 şagirdi olması müəyyən edilmiş və vurulmuş ziyanın azyşalıların valideynləri tərəfindən ödətdirilməsi təmin olunub. Həmçinin övladlarına lazımi nəzarət etmədiklərinə görə onların haqqında müvafiq tədbir görülüb.
Reytinq: