29 yaşlı gənc müəmmalı şəkildə bıçaqlandı20-04-2016, 11:35
Çap et Polis İdarəsindən hadisəyə ilkin ehtimal kimi 29 yaşlı gəncin bıçağın üzərinə yıxıldığı göstərilir, lakin hadisənin dəqiq səbəblərinin araşdırmalardan sonra məlum olacağı bildirilir. Xəstənin yaxınları isə onun intihar məqsədi ilə özünü bıçaqladığını iddia edir. Faktla bağlı Gədəbəy Rayon Polis İdaəsində araşdırma aparılır. Bu hadisəyə bənzər daha bir müəmmalı hadisə ötən gün Bakıda qeydə alınıb. Nərimanov rayonu ərazisi, Əhməd Rəcəbli küçəsindən 1960-cı il təvəllüdlü Rafis Əvəz oğlu Mirzəyev kəsilmiş-deşilmiş yara ilə xəstəxanaya aparılıb. Həkimlərin yardımına baxmayaraq 56 yaşlı kişi xəstəxanada dünyasını dəyişib. Hadisəyə ilkin ehtimal kimi, onun yıxılaraq xəsarət aldığı bildirilirdi. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
