Demo Sayt » hadise » Ucarda gənci ildırım vurdu


Ucarda gənci ildırım vurdu

25-05-2016, 09:50
Çap et
Ucarda gənci ildırım vurdu
Ucar rayon sakini ildırım vurması nəticəsində dünyasını dəyişib. Hadisə ötən gün axşam saatlarında rayonun Bağman kəndində baş verib.
Kənd sakini 1990-cı il təvəllüdlü Qürbət İskəndərovu ildırım vurub. Hadisədən sonra xəsarət almış oğlan Ucar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin verdiyi məlumata görə, Qürbətin həyatını xilas etmək mümkün olmayıb.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənildiyi bildirib. Yaz-yay mövsümündə ölkə ərazisində yağışlı, ildırımlı hava şəraiti iqlimə xarakterikdir.
Oxşar təbiət hadisəsi may ayının 19-u Banqladeşdə baş verib. İldırım zərbəsi nəticəsində 81 nəfər ölüb. Ölənlərin çoxu tarlalarda işləyən kəndlilər olub. İldırımlı leysanlar Dəkkədə və digər şəhərlərdə olan və bir həftə ərzində davam edən qeyri-adi istilərdən sonra başlayıb.
“İki gün ərzində tufandan həlak olmuşların miqdarının belə yüksək göstəricisi yalnız Banqladeşdə deyil həm də bütün dünyada böyük nadir hadisədir. Son illər ərzində ildırımların yaranmasının intensivliyi iqlim dəyişikliyinə görə artıb”, - deyə brifinqin gedişatında fövqəladə hallar naziri Mofazzal Hüseyn Çoudxuri Maya bildirib.
Reytinq: