Demo Sayt » sehiyye » Körpə doğuşdan sonra öldü - Ucarda


Körpə doğuşdan sonra öldü - Ucarda

22-06-2015, 12:21
Çap et
Körpə doğuşdan sonra öldü - Ucarda Azərbaycanda doğuşdan sonra körpə ölümü baş verib.
APA-nın məlumatına görə, hadisə Ucar rayonunda qeydə alınıb.
Rayon sakini, 1985-ci il təvəllüdlü Dilarə Mehdiyeva Ucar Rayon Mərkəzi Xəstəxanasında qeysəriyyə əməliyyatı ilə qız övladı dünyaya gətirib.
Körpə əməliyyatdan bir neçə saat sonra xəstəxanada ölüb.
D. Mehdiyeva Ucar Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, faktla bağlı nazirliyin Doğuşayardım Komissiyası tərəfindən araşdırma aparılır.
Reytinq: