Boğazını kəsərək özünü xəstəxana binasından atan şəxs öldü2-06-2016, 09:34
Çap et Rayon Polis Şöbəsindən Şəki-Zaqatala bürosuna verilən məlumata görə, rayonun Katex kənd sakini, 1966-cı il təvəllüdlü Zeynullah Məhəmməd oğlu Hudulov bu gün saat 04:30 radələrində Balakən Mərkəzi Rayon Xəstəxanasının (MRX) reanimasiya şöbəsində keçinib. Qeyd edək ki, mədə-bağırsaq xəstəliyindən əziyyət çəkən Zeynullah Hudulov mayın 30-dan MRX-nın terapiya şöbəsində müalicə alıb. O, iyunun 1-də bədəninin qarın və döş qəfəsinə bıçaqla 30 yerdən xəsarət yetirib, nəfəs borusunu kəsib, xəstəxana binasının 2-ci mərtəbəsində özünü atıb. Faktla bağlı Balakən Rayon Prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma ) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
