Demo Sayt » hadise » Bakıda sex ərazisində transformator yanıb


Bakıda sex ərazisində transformator yanıb

3-06-2016, 18:44
Çap et
Bakıda sex ərazisində transformator yanıb Bakı şəhərində transformator yanıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, şəhərin Binəqədi rayonunda vətəndaşa məxsus sexin ərazisində gücü 400 kVt olan transformatorun yanar hissələri yanıb.
Yaxınlıqdakı sex yanğından mühafizə olunub. Yanğın saat 01:31-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Reytinq: