Avtobus yük maşını ilə toqquşdu: 7 nəfər öldü13-07-2016, 10:39
Çap et Dağıstanda Dərbənd-Anapa marşrutu ilə hərəkət edən avtobusun "Kamaz" markalı yük maşını ilə toqquşub. Qəza nəticəsində 7 nəfər həyatını itirib. Regional Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi faktın düzgünlüyünü təsdiqləyib. Qəza Mahaçqala-Həştərxan magistral avtomobil yolunda, Dağıstanın Tarumovski rayonunun Talovka yaşayış məntəqəsinin ərazisində baş verib. Məlumata görə, 7 nəfər ölüb, avtobusda ümumilikdə 33 nəfər olub. Xəsarət alanlar Tarumovka və Koçubey yaşayış məntəqələrinin tibb müəssisələrinə çatdırılıblar. Yaralıların sayının 26 nəfər olduğu bildirilib. Hələlik onların vəziyyəti haqqında məlumat verilmir. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
