Demo Sayt » hadise » Toydan qayıdan 3 nəfər faciəvi şəkildə öldü


Toydan qayıdan 3 nəfər faciəvi şəkildə öldü

1-08-2016, 12:10
Çap et
Toydan qayıdan 3 nəfər faciəvi şəkildə öldü Bərdə rayonunda 3 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası ilə bağlı bəzi təfərrüatlar üzə çıxıb. Qılınclı kəndi ərazisində kanala aşan avtomobildəki şəxslər toydan qayıdırmış.
Bildirilir ki, "Mercedes E 220" markalı, 90 HM 703 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən 1961-ci il təvəllüdlü Kərimov Yəhya İsgəndər oğlu spirtli içki qəbul edibmiş. Bu səbəbdən də sürücü kəndlərarası yolda düzgün sürət həddini seçməyib və manevr edərkən maşın kanala aşıb.
Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində cinayət işi açılıb, müvafiq ekspertizalar təyin edilib.
Reytinq: