Şəkidə qonşu qonşunu bıçaqlayıb10-08-2016, 10:00
Çap et Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX) verilən məlumata görə, avqustun 10-da saat 02 radələrində rayonun Aşağı Göynük kənd sakini, 1974-cü il təvəllüdlü Mais Hüseyn oğlu Tahirov sol kürək nahiyəsinin kəsilmiş-deşilmiş, lakin daxilə nüfuz etməyən bıçaq yarası xəsarəti ilə xəstəxanaya daxil olub. Araşdırmalar nəticəsində məlum olub ki, M. Tahirov kəndin ərazisindəki yeməkxanaların birində qonşusu ilə yemək yeyərkən aralarında düşən mübahisə zəminində qonşusunun oğlu tərəfindən bıçaqlanıb. Şəki Şəhər-Rayon Polis Şöbəsindən APA-ya verilən məlumatda Mais Tahirovun bıçaqlanması faktı təsdiqlənib. Hadisəni törədən şəxsin isə qaçıb gizləndiyi bildirilir. Faktla bağlı Şəki ŞRPŞ-nin təhqiqat bölməsində araşdırma aparılır. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
