Balıq tutmaq üçün dəhşətli üsul seçdi və öldü - VİDEO7-11-2016, 15:07
Çap et Daxili İşlər Nazirliyinin mətbuat xidməti xəbər verir ki, noyabrın 4-də Astara rayonunun Şahağacı kəndində rayon sakini Rahim İmanov kanalda balıq tutarkən kanalın üstündən keçən yüksək gərginlikli kabelə dəyib və onu elektrik cərəyanı vurub. Xəstəxanaya yerləşdirilmiş R.İmanov orada ölüb. Araşdırma aparılır. *** 5 noyabr Astara sakinini elektrik cərəyanı vurub. Lent.az ARB TV-yə istinadən xəbər verir ki, hadisə rayonunun Şiyəkəran kəndi ərazisində baş verib. Kənd sakini, 49 yaşlı Rahim Baladadaş oğlu İmanov yüksək gərginlikli elektrik cərəyanının vurması nəticəsində Lənkəran Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb. Xəstəxanadan bildirilib ki, həkimlərin ilkin müayinəsindən sonra ona bütün bədənin 2-3-cü dərəcəli elektrik yanığı diaqnozu qoyularaq reanimasiya şöbəsinə yerləşdirilib: "Vəziyyəti ağır olduğundan Bakı şəhərinə göndərilməsi üçün hazırlıq görülür". Qohumları R.İmanovun ehtiyatsızlıq üzündən cərəyan vurduğunu bildirib: "Onların ailəsinə məxsus balıq nohuru var. Həmin nohurda elektrik enerjisi ilə balıq ovlayan zaman ehtiyatsızlıqdan onu elektrik cərəyanı vurub". Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
22:21
27 Sentyabr millətimizin əzmini, qəhrəmanlığını və müzəffərliyini bütün dünyaya göstərdiyimiz gündür20:48
Milli Məclisin sədri: Uşaq hüquqları təhsildə süni intellektdən istifadənin əsas prinsipi olmalıdırHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
