Metroda intihara cəhd edən şəxsin kimliyi məlum oldu (YENİLƏNİB)30-11-2016, 10:03
Çap et "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin verdiyi məlumata görə, maşinistin sayıqlığı nəticəsində qatarı dərhal saxlamaq mümkün olub: "Qatar dərhal dayandırılıb. Xəttdən gərginlik ayrılıb və sərnişin qatarın altından çıxarılıb. Həmin şəxs relslərin arasına düşdüyündən sağ qalıb, sağ topuğundan xəsarət alıb. Hazırda hadisənin baş vermə səbəbləri araşıdırlır. Qatarların hərəkət intervalında gecikmə yaranıb, gecikmənin aradan qaldırlması istiqamətində iş görülür". *** Bakıda metroda bir nəfər intihara cəhd edib. Bu barədə Trend-ə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib. Hadisə bu gün saat 09:15 radələrində metronun "Koroğlu" stansiyasında baş verib. 55-60 yaşlı kişi stansiyada özünü qatarın altına atıb. Stansiyada hərəkətdə olan qatar saxlanılıb, həmin şəxs relslərin üzərindən götürülüb. Hadisə qatarların hərəkətində gecikməyə səbəb olub. Hazırda stnasiyada qatarların hərəkəti bərpa edilir. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
