Azərbaycandan külli miqdarda dollar çıxarmaq istədilər16-12-2016, 11:23
Çap et Bakı-İstanbul aviareysilə getmək üçün Heydər Əliyev Beynəlxalq Hava Limanının gömrük nəzarəti zonasına daxil olan Azərbaycan Respublikasının vətəndaşı mütləq qaydada bəyan etməli olduğu xarici valyutanı əvvəlcədən gömrük orqanına təqdim etməyib. Lakin həmin şəxsin əl çantası və üst geyimi rentgen aparatından keçirilərkən monitorda pul əskinaslarına bənzər təsvirlər görünüb. Təkrar yoxlama nəticəsində vətəndaşın çantasından və gödəkçəsinin cibindən 20.300 ABŞ dolları aşkar edilib. Faktla bağlı araşdırma aparılır. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
